Putin və Əhməd Şara arasında telefon danışığı olub

1 Min Read

Kremlin məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin və Suriya Prezidenti Əhməd Şara arasında telefon danışığı baş tutub.
Danışıqlar zamanı Rusiya-Suriya münasibətlərinin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri diqqət mərkəzində olub. Tərəflər siyasi dialoqu, eləcə də ticarət, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığı dərinləşdirməyə hazır olduqlarını ifadə ediblər.
Suriyadakı mövcud vəziyyəti müzakirə edən Putin Moskva üçün bu ölkənin birliyi, ərazi bütövlüyü və suverenliyini dəstəkləməyin prinsipial mövqe olduğunu, həmçinin uzunmüddətli sabitləşmə və müharibədən sonrakı bərpa üçün lazımi şəraitin yaradılmasının vacibliyini vurğulayıb.
Həmçinin 9 avqustda imzalanmış Xmeymim hava bazası və Tartusdakı logistika məntəqəsinin yenidən təşkilinə dair Anlaşma Memorandumunun əhəmiyyəti xüsusi qeyd olunub. Tərəflər müxtəlif səviyyələrdə təmasları davam etdirmək barədə razılığa gəliblər.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş