Bağdad Beynəlxalq Hava Limanının müvəqqəti bağlanması təcili texniki nasazlıq səbəbindən görülən ehtiyat tədbiri olub.
İzmedia.az xəbər verir ki, bunu İraq Nəqliyyat Nazirliyinin sözçüsü Meysəm əs-Safi ölkə mətbuatına bildirib.
Sözçü qeyd edib ki, ekspert texniki qruplar nasazlıqları aşkar edərək təmir işlərinə başlayıblar və işlərin başa çatması ilə yanaşı son texniki yoxlamalar aparıldıqdan bir neçə saat sonra hava limanı uçuşlara yenidən açılacaq. Meysəm əs-Safi həmçinin hava limanının bağlanmasına səbəb ola biləcək hər hansı yerli və ya beynəlxalq təhlükəsizlik probleminin mövcud olmadığını vurğulayıb.
İzmedia.az
![]()

