Yaxın Şərqdən xam neft ixracının ABŞ-İsrail müharibəsindən əvvəlki göstəriciləri üstələməsi barədə xəbərlərdən sonra dünya bazarlarında neftin qiyməti ucuzlaşıb.
“Reuters” agentliyinin məlumatına görə, təxminən saat 04:30 (GMT) radələrində “Brent” markalı neftin fyuçersləri 1% geriləyərək bir barel üçün 101,18 dollara enib. ABŞ-ın “West Texas Intermediate” (WTI) markalı xam neftinin qiyməti isə 1,03% azalaraq bareli 90,12 dollar təşkil edib.
Qiymətlərin aşağı düşməsinə təsir edən əsas amillər:
-
İxracın bərpası: Sentyabrın 24-də və 27–29-u tarixlərində Yaxın Şərqdən xam neft ixracı müharibədən əvvəlki səviyyəni keçib.
-
Strateji ehtiyatların açılması: “G7” ölkələri fövqəladə ehtiyatlardan 100 milyon barel xam neft və dizel yanacağının bazara çıxarılması barədə razılığa gəliblər.
“KCM Trade” şirkətinin baş analitiki Tim Uoter agentliyə bildirib ki, Körfəz bölgəsində enerji infrastrukturuna dəyə biləcək zərər riskləri tam aradan qalxmasa da, ixracın bərpası və ehtiyatların açılması qiymətləri sabitləşdirmək üçün kifayət edir.
İzmedia.az
![]()

