Marko Rubio: İranla danışıqlarda nüvə proqramı ilə yanaşı ballistik raketlər də müzakirə olunmalıdır

1 Min Read
Former US President and Republican presidential candidate Donald Trump greets Senator Marco Rubio, Republican of Florida, during a campaign rally at the J.S. Dorton Arena in Raleigh, North Carolina, on November 4, 2024. Bitter rivals Kamala Harris and Donald Trump embark on a final frenzied campaign blitz Monday with both hitting must-win Pennsylvania on the last day of a tight and volatile US presidential election campaign. (Photo by Ryan M. Kelly / AFP) (Photo by RYAN M. KELLY/AFP via Getty Images)


ABŞ dövlət katibi Marco Rubio bildirib ki, Vaşinqton İranla danışıqlarda təkcə nüvə proqramını deyil, həm də ballistik raketlər daxil olmaqla ənənəvi silahları müzakirə etməkdə israrlıdır.

Rubionun sözlərinə görə, İranın arsenalında ABŞ-ni, regiondakı bazaları və tərəfdaşları, o cümlədən BƏƏ, Qətər və Bəhreyndə yerləşən obyektləri təhdid edən çox sayda, xüsusilə qısa mənzilli ballistik raketlər var. O, həmçinin İranın gəmiçilik üçün təhlükə yaradan və ABŞ Hərbi Dəniz Qüvvələrini hədəf ala bilən dəniz imkanlarına malik olduğunu bildirib.

“Sadəcə nüvə proqramı deyil, bu ənənəvi silahlar da mövcuddur və bu məsələlər danışıqlarda müzakirə olunmalıdır”, – deyə o vurğulayıb.

Rubionun sözlərinə görə, ABŞ və İran arasında fevralın 26-da Cenevrədə keçiriləcək növbəti danışıqlar əsasən nüvə dosyesinə həsr olunacaq. Bununla belə, o qeyd edib ki, İran ballistik raket proqramı ilə bağlı müzakirələrdən imtina edir və bu, ciddi problem olaraq qalır.

Dövlət katibi əlavə edib ki, Tehran “həmişə nüvə proqramının elementlərini yenidən qurmağa çalışır” və hazırda zənginləşdirmə aparmasa da, gələcəkdə bu mərhələyə çatmağa cəhd göstərə bilər.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş