Kolumbiyada palçıq vulkanı püskürdü – Yerli əhali təxliyə olundu

1 Min Read

Kolumbiyanın Antiokiya departamentində, San Juan de Uraba bələdiyyəsində güclü palçıq vulkanı püskürüb.

Hadisə yerində çəkilmiş foto və videolarda kraterdən partlayış kimi püskürən nəhəng alov sütunu diqqət çəkir.

Yerli hakimiyyət orqanları bildiriblər ki, püskürmə bələdiyyənin su təmizləyici qurğusuna və yaşayış binalarına yaxın ərazidə baş verib. Şükürlər olsun ki, heç bir insan xəsarət almayıb.

Hazırda yalnız Siete Vueltas ərazisinə aparan yol zərər görüb. Sosial mediada yerli sakinlər püskürmə yerindən bir neçə kilometr aralıda yerdə və asfaltda böyük çatlar meydana gəldiyini paylaşırlar. Rəsmilər əhalini təhlükəsizliyə görə müvəqqəti olaraq təxliyə ediblər.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş