Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) məlumatına görə, 2025-ci ildə dünyada 129 jurnalist və media işçisi öldürülüb.
Bu, CPJ-nin 1992-ci ildən başlayaraq işləri sənədləşdirməsindən bəri ən yüksək göstəricidir.
Hesabatda bildirilir ki, ölümlərin ən azı 104-ü münaqişələr zamanı baş verib və bunların 86-sı İsrail Müdafiə Qüvvələrinin əməliyyatları ilə əlaqələndirilir. 2024-cü ildə Fələstin-İsrail münaqişəsi fonunda 85 fələstinli jurnalist həlak olmuşdu.
Həmçinin, hesabat dronların yaratdığı ölüm hallarının kəskin artdığını göstərir: 2023-cü ildə iki belə hadisə qeydə alınmışdısa, 2025-ci ildə bu rəqəm 39-a çatıb. CPJ-nin məlumatına görə, 2024-cü ildə ümumilikdə 124 jurnalist öldürülmüşdü ki, bu da ölümlərin ardıcıl ikinci il artması deməkdir.
İzmedia.az
![]()

