Vaşinqtonun İrana potensial hücumu Yaxın Şərqdə uzunmüddətli müharibəyə gətirib çıxarmayacaq.
İzmedia.az xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti JD Vens bildirib
O, “The Washington Post” qəzetinə müsahibəsində əlavə edib:
“İllər boyu Yaxın Şərqdə sonu görünməyən müharibə vəziyyətində qalacağımız fikri – bunun baş vermə ehtimalı yoxdur”.
Vens əlavə edib ki, prezident Donald Trampın İranla bağlı hansı qərarı verəcəyini bilmir. Onun sözlərinə görə, məqsəd İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır və buna hərbi zərbələr və ya problemin diplomatik yolla həlli daxil ola bilər.
İzmedia.az
![]()

