Qərb mediasında yayılan, danışıqlarda Ukrayna nümayəndə heyətinin üzvləri – Volodimir Zelenskinin ofisinin rəhbəri Kirill Budanov və hakim “Xalqın Xidmətçisi” Partiyası fraksiyasının rəhbəri David Araxamiyanın ərazi məsələsində güzəştə hazır ola biləcəyi barədə məlumatlar sadəcə fərziyyədir.
İzmedia.az xəbər verir ki, bunu Ukraynanın 2010–2014-cü illərdə baş naziri olmuş Nikolay Azarov bildirib
Azarov TASS-a müsahibəsində deyib:
“Hesab edirəm ki, bu, sadəcə bir fərziyyədir və başqa bir şey deyil. Bütün Kiyev administrasiyası kukla rejimdir. Kiçik fikir ayrılıqları ola bilər, amma ümumilikdə onlar ağalarına itaət edirlər”.
Rusiya prezidenti Vladimir Putin daha əvvəl münaqişənin həlli üçün irəli sürdüyü şərtləri açıqlayıb. Bu şərtlərə Ukrayna qoşunlarının Donbass və Novorossiya adlandırılan ərazilərdən çıxarılması, Kiyevin NATO-ya üzvlük planlarından imtina etməsi, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi bütün sanksiyaların ləğvi və Ukraynanın bloklara qoşulmayan, nüvə silahına malik olmayan statusunun müəyyən edilməsi daxildir.
Kiyev isə, xüsusilə Donbass məsələsində, hər hansı kompromis variantını qəbul etmədiyini bildirir.
İzmedia.az
![]()

