Dəməşq məhkəməsi devrilmiş Suriya prezidenti Bəşər Əsədin əmisi oğlu Vasim Əsəd barəsində edam hökmü çıxarıb.
SANA agentliyinin məlumatına görə, məhkəmə onu qəsdən adam öldürmə, işgəncə vermə, müharibə cinayətləri və insanlığa qarşı cinayətlər törətməkdə təqsirli bilib. İstintaq materialları ilə Vasim Əsədin mülki ərazilərə hücum edən və kütləvi qırğınlar törədən qanunsuz silahlı birləşmələrin yaradılmasında iştirakı sübuta yetirilib.
Qeyd edək ki, avqustun 11-də Dəməşq məhkəməsi Bəşər Əsəd və bir neçə keçmiş yüksəkçinli məmuru da oxşar cinayət əməllərinə görə qiyabi olaraq edam cəzasına məhkum etmişdi.
İzmedia.az
![]()

