Rusiya diplomatı: Polşa Ukraynaya 4 milyard avrodan çox hərbi yardım göstərib

1 Min Read

Varşava 2022-ci ilin fevralından etibarən Ukraynaya 4 milyard avrodan (4,7 milyard dollar) çox hərbi-texniki yardım göstərib.

İzmedia.az xəbər verir ki, bunu, Rusiyanın Polşadakı müvəqqəti işlər vəkili Andrey Ordaş TASS-a müsahibəsində bildirib.

“2022-ci ilin fevral ayından bəri Polşanın Ukraynaya göstərdiyi hərbi-texniki yardımın ümumi məbləği 4 milyard avronu keçib”, – deyə diplomat qeyd edib.

Ordaş əlavə edib ki, Polşa ictimai məkanında ukraynalı kişilərin səfərbərlik məqsədilə Kiyevə zorla göndərilməsi məsələsi müzakirə olunmur.

Onun sözlərinə görə, Polşa hakimiyyətinin belə bir təşəbbüslə çıxış etməsi ehtimalı azdır. Diplomat bildirib ki, özünü Kiyev hakimiyyətinin kollektiv Qərb ölkələrində əsas tərəfdarlarından biri kimi təqdim edən dövlət üçün belə addımın imic baxımından ciddi nəticələri ola bilər.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş