Son məlumatlara görə, Pakistan və Əfqanıstan arasında gərginlik yenidən artıb.
İzmedia.az bildirir ki, dünən gecə Pakistan Hərbi Hava Qüvvələri Kabil və digər iki əyalətə hava zərbələri endirib.
Bu hücumlar, Əfqanıstan qüvvələrinin Pakistan sərhəd qoşunlarına hücumuna bir neçə saat sonra baş verib və bu, ötən il Qətərin vasitəçiliyi ilə imzalanan atəşkəsin pozulması kimi qiymətləndirilir.
Əfqanıstan Müdafiə Nazirliyi bildirib ki, qarşıdurmada 55 Pakistan əsgəri öldürülüb və cəsədlərin bir hissəsi Əfqanıstana gətirilib. Nazirlik həmçinin bildirib ki, səkkiz Əfqan əsgəri həlak olub və 11 nəfər yaralanıb. Pakistan tərəfindən hücumlar Kabildə partlayışlarla müşayiət olunub və Əfqanıstan Taliban hökuməti bunu cavab tədbiri kimi xarakterizə edib.
Hadisələr sərhədyanı münaqişənin hələ də gərgin olduğunu və tərəflər arasında atəşkəsin tam təmin edilmədiyini göstərir.
İzmedia.az
![]()

