Rusiya FHN təyyarəsi Misirdən 84 rusiyalını Moskvaya gətirib

0 Min Read

Rusiya Fövqəladə Hallar Nazirliyinə məxsus təyyarə Misirdən Moskvaya İsraili quru sərhədi vasitəsilə tərk edən 80-dən çox Rusiya vətəndaşını çatdırıb.

İzmedia.az xəbər verir ki, təyyarə Moskva vaxtı ilə saat 06:36-da Moskvada yerləşən “Jukovski” hava limanına eniş edib.

Göyərtədə 84 nəfər olub. Onların hamısı diplomatik əməkdaşlar və İsraildə çalışan, Şarm əl-Şeyxdəki yerüstü nəzarət məntəqələrindən keçərək ölkəni tərk edən ailə üzvləridir.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş