“The Washington Post” qəzetinin ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) tələfatların uçotu sisteminə (“Defense Casualty Analysis System”) istinadən verdiyi məlumata görə, İranla münaqişədə yaralanan və ya həlak olan Amerika hərbçilərinin ümumi sayı 774 nəfərə çatıb.
Pentaqonun yenilənmiş statistikasına əsasən:
-
Həlak olanlar: 18 hərbçi
-
Yaralananlar: 756 hərbçi
Son həftələrdə ABŞ və İran arasında atəşkəs rejiminin əsasən qorunmasına baxmayaraq, xəsarət alanların sayında artım müşahid olunub. Mütəxəssislər xəbərdar edir ki, bu artım hərbi tibb sistemində xəsarətlərin ilkin sənədləşdirilməsi ilə onların mərkəzləşdirilmiş məlumat bazasında əks olunması arasındakı vaxt gecikməsi ilə bağlı ola bilər.
İzmedia.az
![]()

