Ekspert: ABŞ-nin İranda genişmiqyaslı quru əməliyyatı mümkün deyil

1 Min Read

TASS agentliyinə açıqlama verən hərbi ekspert, ehtiyatda olan polkovnik Viktor Litovkin ABŞ-nin İranda genişmiqyaslı quru əməliyyatı keçirməsini qeyri-mümkün hesab etdiyini bildirib.

Onun sözlərinə görə, İran ərazisinin böyük olması və Amerika qüvvələrinin hazırkı bölgüsü belə bir təşəbbüsün reallaşdırılmasına imkan vermir.

Bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonun İrana qarşı qurudan hücum planlaşdırmadığını bəyan edib. Bununla belə, ABŞ prezidenti Donald Trump ölkənin strateji məqsədlərinə nail olmaq üçün bu ehtimalı tamamilə istisna etmədiyini bildirib.

Litovkin qeyd edib ki, “İranda böyük quru əməliyyatı mümkün deyil, çünki ərazisi genişdir. ABŞ-ın orada belə bir əməliyyat aparmaq üçün kifayət qədər qüvvəsi yoxdur, İsraildən isə ümumiyyətlə danışmırıq”.

Ekspert əlavə edib ki, ABŞ hazırda Yaxın Şərqdə əhəmiyyətli quru qüvvələri cəmləşdirməyib. Onun fikrincə, Rubionun açıqlamaları quru hücumunun qaçılmaz ola biləcəyi ehtimalı ilə Tehranı psixoloji təzyiq altında saxlamaq cəhdi kimi qiymətləndirilə bilər.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş