ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları beynəlxalq enerji təhlükəsizliyini pozur.
İzmedia.az xəbər verir ki, bunu Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning deyib.
O, keçirdiyi brifinqdə bildirib:
“Enerji təhlükəsizliyi qlobal iqtisadiyyat üçün həyati əhəmiyyət daşıyır. Müvafiq tərəflər sabit və fasiləsiz enerji təchizatının təmin olunmasına görə məsuliyyət daşıyırlar”.
Diplomat vurğulayıb ki, Pekin İranla bağlı dərhal atəşkəs elan olunmasında israrlıdır. Onun sözlərinə görə, eskalasiyanın qarşısının alınması, Hörmüz boğazında təhlükəsiz naviqasiyanın təmin edilməsi və hərbi əməliyyatların qlobal iqtisadiyyata mənfi təsirinin qarşısının alınması xüsusi əhəmiyyət kəsb edir.
İzmedia.az
![]()

