Şimali Koreya lideri Kim Çen In gəminin döyüş qabiliyyətini qiymətləndirmək məqsədilə aparılan sınaqlar çərçivəsində video bağlantı vasitəsilə “Çoe Hyon” esminesindən strateji qanadlı raketlərin atışlarını izləyib.
İzmedia.az bildirir ki, bu barədə “Korean Central News Agency” məlumat yayıb.
Agentliyin bildirdiyinə görə, “atılan qanadlı raketlər Koreya Qərb dənizi (Sarı dənizin Koreya adı) üzərində müəyyən trayektoriya üzrə uçaraq 10 116–10 138 saniyə ərzində fərdi hədəfləri vurub”.
Kim Çen In “strateji silahlar komandanlığının dövlət inteqrasiya sisteminin etibarlılığının və gəminin inteqrasiya döyüş sisteminin üstünlüyünün təsdiqlənməsindən böyük məmnunluq ifadə etdi”.
Lider həmçinin ölkənin praktiki zərurətləri və reallıqları nəzərə alaraq dəniz silah sistemlərinin tərkibinin yenidən nəzərdən keçirilməsini əmr edib. O, düşmən donanmasına qarşı əməliyyat imkanlarını artırmaq məqsədilə göyərtə artilleriya qurğularının əvəzinə 5 000 və 8 000 ton su tutumuna malik döyüş gəmilərinə səsdən sürətli raketlərin quraşdırılmasını tövsiyə edib.
Kim Çen In bildirib ki, “dövlətin nüvə silahlı qüvvələri çoxtərəfli istifadə mərhələsinə keçib” və yaxın zamanda Şimali Koreya strateji və taktiki zərbə silahlarının hazırlanması və istifadəsində mühüm praktik uğurlar əldə edib. O, bütün bunların ölkənin özünümüdafiəsinin zəruri elementləri olduğunu vurğulayıb.
Ali Baş Komandan döyüş qabiliyyətini gücləndirmək üçün bir sıra tapşırıqlar verib. Onun göstərişlərinə əsasən, esminesin texniki və silah sistemlərinin sınaqları başa çatdıqdan sonra vaxtında donanmaya təhvil verilməli və əlavə bir döyüş gəmisinin inşası sürətləndirilməlidir.
İzmedia.az
![]()

