Amerika şirkətləri Rada Technologies və Echodyne Ukrayna üçün uzun mənzilli radar sistemlərinin təchizatı və texniki xidmətləri üçün ABŞ Dövlət Departamentindən ümumilikdə 25,5 milyon dollarlıq müqavilələr alıblar.
İzmedia.az xəbər verir ki, müqavilələr 5 martda imzalanıb və “Ukraynada avadanlıq təchizatı və əlaqəli dəstək xidmətləri” üçün sabit qiymətli müqavilələr kimi müəyyən edilib.
Echodyne ilə bağlanan müqavilənin dəyəri 14,98 milyon dollar olub və 360 dərəcə əhatə dairəsinə malik dörd panelli taktiki radar sistemlərinin tədarükünü nəzərdə tutur. Rada Technologies isə Kiyevi 10,5 milyon dollar dəyərində uzun mənzilli radarlarla təmin edəcək.
İzmedia.az
![]()

