İsveçrənin qərbindəki Kerzers şəhərində avtobus yanğını nəticəsində ən azı altı nəfər həyatını itirib.
İzmedia.az bildirir ki, bu barədə “AP News” məlumat yayıb.
İsveçrə polisinin sözçüsü Frederic Papon bildirib ki, hadisə 10 mart axşamı baş verib.
O əlavə edib ki, hüquq-mühafizə orqanları hazırda avtobusun qəsdən yandırılıb-yandırılmadığını araşdırır və son nəticə istintaq başa çatdıqdan sonra açıqlanacaq.
Yanmış avtobus milli poçt xidmətinin bir hissəsi olan PostBus şirkətinə məxsus idi. İsveçrə mediası avtobusun tamamilə alov içində olduğunu göstərən görüntülər yayımlayıb.
Regional hakimiyyət orqanlarının açıqlamasında deyilir: “Hadisə yerinə gələn xilasetmə xidmətləri avtobusun tamamilə yandığını aşkar ediblər”.
Polisin məlumatına görə, ağır yaralanan üç nəfər helikopter və təcili yardım maşını ilə xəstəxanaya aparılıb, digər iki nəfərə isə hadisə yerində tibbi yardım göstərilib.
İzmedia.az
![]()

