Herzoq: Müharibə Yaxın Şərqin bütün nizamını dəyişdirəcək!

1 Min Read

İsrail prezidenti İsaak Herzoq İrana qarşı hərbi əməliyyatların nə vaxt başa çatacağını proqnozlaşdırmaqdan imtina edib.

İzmedia.az bildirir ki, o, İsrailin əməliyyatın sona çatmasını təmin etmək niyyətində olduğunu vurğulayıb.

Siyasətçinin müsahibəsi Almaniyanın “Bild” qəzetində dərc olunub.

Herzoq bildirib ki, “Əgər hər şeyi yalnız taxometrlə qiymətləndirsək, heç bir nəticə əldə edə bilməyəcəyik. Dərin bir nəfəs almalı və son nəticəyə çatmalıyıq”.

Onun sözlərinə görə, hazırkı qarşıdurma 7 oktyabr 2023-cü ildə Qəzza zolağında başlayan münaqişə ilə bağlıdır.

“Məncə, biz bu müharibənin son fəslinə yaxınlaşa bilərik ki, bu da Yaxın Şərqin bütün nizamını dəyişdirəcək”, – deyə siyasətçi bildirib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş