Dünyanın ilk hidrogenlə işləyən kruiz gəmisi suya endirilib

1 Min Read

Dünyanın ilk hidrogenlə işləyən kruiz gəmisi olan Viking Libra İtaliyanın Ankona şəhərində yerləşən gəmiqayırma zavodunda suya endirilib.

Təxminən 1000 sərnişin tutumuna malik gəminin noyabr ayında istismara verilməsi planlaşdırılır. Məlumata görə, layihə Viking ilə Fincantieri arasında əməkdaşlıq çərçivəsində həyata keçirilib.

Viking Libra qismən maye hidrogen və yanacaq elementləri ilə işləyən sıfır emissiyalı mühərriklə təchiz olunub. Mühərrikin gücü təxminən 6 meqavat təşkil edir və texnologiya Isotta Fraschini Motori tərəfindən hazırlanıb.

Gəminin ümumi çəkisi 54.300 ton, 499 kabini və 998 sərnişin tutumu var. Suya buraxılma prosesi iki gün davam edib və bundan sonra gəmi daxili işlərin tamamlanması üçün doka aparılacaq.

Gəminin Aralıq dənizi və Şimali Avropa marşrutlarında fəaliyyət göstərməsi nəzərdə tutulur.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş