Dubay yaxınlığında konteyner gəmisi naməlum mərmi ilə vurulub

1 Min Read

Fars körfəzi akvatoriyasında, Dubay yaxınlığında konteyner gəmisi naməlum mərmi ilə vurulub.

İzmedia.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları İdarəsi məlumat yayıb. 

Məlumatda bildirilir ki, hadisə Cəbəl Əli şəhərindən təxminən 64 kilometr şimalda, 35 dəniz mili məsafəsində baş verib. Gəminin kapitanı konteyner gəmisinin naməlum mərmi ilə vurulduğunu və bunun göyərtədə kiçik yanğına səbəb olduğunu bildirib.

Qeyd olunur ki, qaranlıq səbəbindən zərərin tam qiymətləndirilməsi çətin olub. Heyət üzvlərinin hamısının təhlükəsiz olduğu bildirilir. Hazırda ətraf mühitə hər hansı təsir barədə məlumat verilməyib.

Açıqlamada vurğulanır ki, səlahiyyətli qurumlar hadisə ilə bağlı araşdırma aparır. Gəmilərə isə ehtiyatla hərəkət etmələri və hər hansı şübhəli fəaliyyət barədə idarəyə məlumat vermələri tövsiyə olunub.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş