ABŞ administrasiyası Hörmüz boğazından gəmilərin hərəkətini təmin edən “Azadlıq Layihəsi” əməliyyatını müvəqqəti olaraq dayandırmaq qərarına gəlib. ABŞ Prezidenti Donald Tramp bildirib ki, əməliyyat yalnız İranla razılaşma üzrə danışıqların uğurlu gedişi və mümkün sazişin imzalanması barədə dəqiq nəticə əldə olunduqda bərpa ediləcək.
Prezident qeyd edib ki, Vaşinqton bu məsələ ilə bağlı Pakistandan və bir sıra digər ölkələrdən müraciətlər alıb.
“Biz qarşılıqlı olaraq tam blokadanın qüvvədə qalması barədə razılığa gəldik, lakin ‘Azadlıq Layihəsi’ qısa müddətə dayandırılacaq. Danışıqları başa çatdırıb sənədi imzalaya biləcəyimizi görmək istəyirik”, – Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.
İzmedia.az
![]()

