İraq sahillərində hücuma məruz qalan iki tankerdən təxminən 40 nəfər təxliyə olunub.
İzmedia.az xəbər verir ki, bu barədə İraqın Təhlükəsizlik Media Bölməsinin rəhbəri Səad Maan məlumat verib.
INA agentliyinin sitat gətirdiyi açıqlamaya görə, o bildirib: “Otuz səkkiz heyət üzvü təxliyə edilib. Onlardan biri ölüb”.
Səad Maan qeyd edib ki, tankerlərə İraqın ərazi sularında hücum edilib və bu hadisəni ölkənin suverenliyinin pozulması kimi pisləyib. O, həmçinin Bağdadın “bütün müvafiq hüquqi tədbirlər görmək hüququnu özündə saxladığını” vurğulayıb.
İzmedia.az
![]()

