Böyük Britaniyada meşə yanğınları səbəbindən milyonlarla insana təcili xəbərdarlıq göndərilib

1 Min Read
Böyük Britaniyada meşə yanğınları riskinin kəskin artması səbəbindən İngiltərə və Uelsdə milyonlarla sakinin mobil telefonuna fövqəladə xəbərdarlıq siqnalı göndərilib. Baş nazirin müavini Luiz Heyq bunun ölkə tarixində fövqəladə hallar sistemi vasitəsilə həyata keçirilən en miqyaslı xəbərdarlıq olduğunu bildirib.
Hökumət əhalini tonqal yandırmaqdan, manqal və fişənglərdən istifadə etməkdən çəkinməyə çağırıb, eləcə də birdəfəlik manqalların satışına müvəqqəti qadağa qoyub. Ölkədə artıq “barıt çəlləyi” vəziyyətinin yarandığını vurğulayan rəsmilər təcili yardım xidmətlərinə dəstək məqsədilə Cənubi Uelsə hərbçilərin də cəlb olunduğunu bəyan ediblər.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş