Pakistan silahlı qüvvələri Əfqanıstan ərazisinə növbəti hava zərbələri endirib.
İzmedia.az xəbər verir ki, bu barədə TOLO News televiziya kanalı Əfqanıstan hökumətinin sözçüsü Zəbihullah Mücahidə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Kabil şəhərində, eləcə də Qəndəhar, Paktiya və Paktika əyalətlərində yerləşən obyektlərə hücum edilib. Hücumlar nəticəsində mülki şəxslər arasında itkilərin olduğu bildirilir.
Məlumata görə, fevralın 26-sı axşamı Pakistan–Əfqanıstan sərhədində döyüşlər yenidən başlayıb. Kabil bəyan edib ki, Pakistanın Əfqanıstan ərazisinə son hava hücumlarına cavab olaraq hərbi əməliyyat keçirir.
Pakistanın müdafiə naziri Xavaca Asif isə ölkəsinin və Talibanın rəhbərlik etdiyi Əfqanıstan hökumətinin hazırda açıq silahlı münaqişə vəziyyətində olduğunu bildirib.
![]()

