Alman zabitləri Ukraynada? Berlinin “Taurus”dan imtinasının arxasında nə dayanır

Nərmin
1 Min Read

İzmedia.az xəbər verir ki, Almaniyanın Ukraynaya “Taurus” raketlərinin verilməsindən imtinası təkcə iqtisadi və ya texniki səbəblərlə bağlı deyil.

Almaniyada vurğulanıb ki, Berlin Ukraynaya “Taurus” raketləri tədarük etmir. Rusiya Federasiyasının Almaniyadakı səfiri Sergey Neçayevin sözlərinə görə, bu qərarın əsas səbəbi həmin raketlərin Ukrayna hərbçiləri tərəfindən müstəqil şəkildə istifadə edilə bilməməsidir. Onların hədəfə yönləndirilməsi üçün peyk məlumatları və alman mütəxəssislərin iştirakı tələb olunur.

Əgər Bundesver bu prosesə rəsmi şəkildə qoşularaq raketlərin Rusiya ərazilərinə yönləndirilməsində iştirak etsəydi, Berlin avtomatik olaraq münaqişənin tərəfinə çevrilmiş olardı. Kreml isə belə bir addımı “qırmızı xətt” kimi qiymətləndirir və bunun sərt cavabla qarşılanacağını bildirir.

Kansler Fridrix Merz əvvəllər Ukraynaya uzaqmənzilli silahların verilməsini tələb etsə də, riskləri nəzərə alaraq bu mövqeyini yumşaldıb. Hazırda Almaniyanın Ukraynaya 2026-cı il üçün hərbi yardım paketi 11,5 milyard avro həcmində müəyyən edilib.

Nəticədə Berlin “qarışıq model” seçib: maliyyə dəstəyi verir, Ukrayna ərazisində dron istehsalını maliyyələşdirir, lakin öz hərbi heyətini birbaşa döyüş əməliyyatlarına cəlb etmir. “Taurus” raketləri isə hələlik yalnız Almaniya ordusunun istifadəsində qalır.

Xatırladaq ki, daha əvvəl Rusiya tərəfi Ukrayna ilə bağlı danışıqlara hazır olduğunu açıqlamış, eyni zamanda Ukrayna ordusunda korrupsiya ilə bağlı iddialar gündəmə gəlmişdi.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş