ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindən dərc edilmiş güzəştə əsasən, 12 mart tarixinə qədər tankerlərə yüklənmiş Rusiya nefti sanksiyalardan azad edilib.
İzmedia.az bildirir ki, qərara görə, həmin neftin alınmasına 11 aprel GMT vaxtı ilə saat 16:01-ə qədər icazə verilir.
Qeyd olunur ki, bu ümumi lisenziya İranla əlaqəli heç bir əməliyyata şamil edilmir.
Skott Bessent bildirib ki, ABŞ hökuməti Rusiya nefti və neft məhsullarına müvəqqəti güzəşt tətbiq etməklə qlobal bazarda təklifin artırılmasını və qiymətlərin aşağı salınmasını hədəfləyir.
O, X sosial şəbəkəsində yazıb ki, Donald Tramp “qlobal enerji bazarlarında sabitliyi təşviq etmək və qiymətləri aşağı səviyyədə saxlamaq üçün qətiyyətli addımlar atır”.
ABŞ rəsmisinin sözlərinə görə, mövcud tədarükü artırmaq məqsədilə ABŞ Maliyyə Nazirliyi ölkələrə hazırda dənizdə olan Rusiya neftini almağa müvəqqəti icazə verir.
İzmedia.az
![]()

