İraqda fəaliyyət göstərən İslam Müqaviməti hərəkatına bağlı şiə qrupları bildirib ki, ölkənin hava məkanını qoruyan tərəfdarları ABŞ Hərbi Hava Qüvvələrinə (KC-135) məxsus yanacaqdoldurma təyyarəsini vurublar.
İzmedia.az xəbər verir ki, onalr bu barədə Telegram-da məlumat yayıblar.
Açıqlamada deyilir:
“Ölkəmizi və onun hava məkanını qoruyan İraqdakı İslam Müqavimətinin tərəfdarları ABŞ Hərbi Hava Qüvvələrinə məxsus KC-135 təyyarəsini vurublar.”
Hadisənin dəqiq necə baş verdiyi barədə məlumat verilməyib; qruplar yalnız “uyğun silahlardan” istifadə edildiyini qeyd ediblər.
Məlumata görə, hadisə İraqın qərb bölgəsində baş verib.
İzmedia.az
![]()

