“Progress MS-31” yük kosmik gəmisi BKS-dən ayrılacaq

1 Min Read

Progress MS-31 yük kosmik gəmisi Beynəlxalq Kosmik Stansiyanın (BKS) Rusiya seqmentindən ayrılacaq və dok növbəti yük gəmisi üçün boşaldılacaq.

İzmedia.az bildirir ki, bu barədə Rusiyanın Roskosmos Dövlət Kosmik Korporasiyası məlumat yayıb.

Məlumata görə, “Progress” kosmik gəmisi GMT vaxtı ilə saat 13:24-də Poisk modulundan ayrılacaq. Təxminən saat 16:42-də isə əyləc üçün itələyici mexanizmlər işə salınacaq və aparat BKS orbitindən enməyə başlayaraq Yer atmosferinə daxil olacaq.

Bildirilir ki, kosmik gəminin böyük hissəsi atmosferin sıx təbəqələrində yanacaq. Yanaraq məhv olmayan hissələr isə Cənubi Sakit Okeanın Yaşayışsız Bölgəsinə düşərək batacaq.

“Progress MS-31” iyulun 3-də BKS-ə çatıb və stansiyaya avadanlıq, heyət üçün geyim və qida da daxil olmaqla təxminən 2,5 metrik ton yük çatdırıb.

Orbitə göndəriləcək növbəti yük gəmisi Progress MS-33 olacaq. Onun martın 22-də buraxılması, martın 24-də isə Beynəlxalq Kosmik Stansiyaya yan alması planlaşdırılır.

Qeyd edək ki, “Progress MS” seriyalı kosmik gəmilər orbital stansiyalara xidmət göstərmək, BKS-ə yanacaq, elmi avadanlıq, oksigen, içməli su, qida və digər ləvazimatları çatdırmaq, həmçinin stansiyanın orbitini tənzimləmək üçün nəzərdə tutulmuş Rusiyanın avtomatik yük kosmik aparatlarıdır.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş