Almaniya Hörmüz boğazında ticarət gəmilərini qorumaq üçün potensial beynəlxalq missiyaya qoşulmaq planında deyil.
İzmedia.az xəbər vüerir ki, bunu Almaniyanın xarici işlər naziri Yohan Vadeful eyib.
ARD telekanalına açıqlamasında o qeyd edib:
“Tezliklə münaqişənin fəal tərəfi olacağıqmı? Xeyr, biz olacağıq. Biz bu münaqişədə iştirak etməyəcəyik”.
Vadeful hesab edir ki, boğazda təhlükəsizliyin təmin edilməsinin yeganə yolu İranla danışıqlar aparmaqdır.
Almaniya naziri həmçinin Qırmızı dənizdə gəmiləri Husi hücumlarından qorumaq üçün başlayan Aspides əməliyyatının təsirsiz olduğunu bildirib:
“Buna görə də Aspides əməliyyatının genişləndirilməsinin Hörmüz boğazında daha böyük təhlükəsizlik təmin edə biləcəyinə çox şübhə ilə yanaşıram.”
İzmedia.az
![]()

