Fransa Hörmüz boğazının açılması ilə bağlı heç bir əməliyyatda iştirak etməyəcək.
İzmedia.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron bildirib.
Fransa prezidenti bu barədə Müdafiə və Milli Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı danışıb. O vurğulayıb ki, mövcud şərtlər nəzərə alınmaqla, Fransa belə əməliyyatlara qoşulmağı planlaşdırmır.
Xatırladaq ki, martın 2-də İslam İnqilabı Keşikçiləri Korpusunun general-mayoru İbrahim Cabbari qlobal neft ixracının mühüm hissəsinin həyata keçirildiyi Hörmüz boğazının İsrail və ABŞ tərəfindən İrana qarşı aparılan hərbi əməliyyatlar səbəbindən gəmiçilik üçün bağlana biləcəyi barədə xəbərdarlıq etmişdi.
Martın 5-də İranın xarici işlər naziri Abbas Əraqçi boğazın rəsmi olaraq bağlanmadığını, lakin təhlükəsizlik səbəbindən tankerlərin marşrutlarını dəyişdiyini bildirmişdi. Bununla belə, martın 10-da İİKK Hərbi Dəniz Qüvvələrinin komandanı Əlirza Təngsiri Hörmüz boğazının ABŞ və İsraillə əlaqəli bütün gəmilər üçün bağlandığını elan edib.
İzmedia.az
![]()

