Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev RT-də dərc olunan məqaləsində bildirib ki, Almaniya hakimiyyəti Bundesveri Avropanın ən güclü ordusuna çevirməyi və onun yenidən silahlanmasını sürətləndirməyi hədəfləyir.
Onun sözlərinə görə, Avropa İttifaqının 2025-ci ilin martında təqdim etdiyi “Avropa Müdafiə Hazırlığı 2030” adlı birgə sənəddə əks olunan siyasətə uyğun olaraq Almaniya hökuməti hərbi potensialını genişləndirmək istiqamətində addımlar atır.
Medvedev iddia edib ki, Bundesverin şəxsi heyətinin hazırkı 181 min nəfərdən 460 min aktiv hərbçi və ehtiyat qüvvəyə qədər artırılması planlaşdırılır.
O əlavə edib ki, 2025-ci il avqustun 27-də Almaniya hökuməti müdafiə naziri Boris Pistoriusun irəli sürdüyü, könüllü xidmət prinsipinə əsaslanan, lakin zərurət yarandıqda çağırış sisteminə qayıdışı mümkün saxlayan islahat qanun layihəsini təsdiqləyib.
Medvedevin sözlərinə görə, Almaniya rəhbərliyi könüllü hərbi xidmətə marağın artdığını bildirir və bu prosesin dövlət siyasəti və ictimai təbliğatla dəstəkləndiyini iddia edib.
İzmedia.az
![]()

