İran Səudiyyə Ərəbistanı və BƏƏ-nin neft və qaz obyektlərinə hücumlarla bağlı xəbərdarlıq edib

1 Min Read

İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) yaxın saatlarda Səudiyyə Ərəbistanı, BƏƏ və Qətərdəki neft və qaz obyektlərinə zərbələr endirmək niyyətində olduğunu açıqlayıb.

İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) İran Radio və Televiziya Korporasiyası (İRİB) tərəfindən verilən açıqlamada deyilir:

“Bu obyektlər yaxın saatlarda hərbi zərbələrə məruz qalacaq. Təhlükəsizlik səbəbi ilə [obyektləri] əhatə edən ərazilərin bütün işçilərini və sakinlərini dərhal təxliyə etməyə çağırırıq”.

Mətndə aydınlaşdırılır ki, Səudiyyə Ərəbistanının Əl-Cübeyl şəhərindəki neft emalı zavoduna, BƏƏ-dəki Əl-Hüsn qaz yatağına, eləcə də Qətərin Ras Laffan bölgəsindəki neft emalı zavoduna və Mesaiddəki Chevron şirkəti ilə əlaqəli neft-kimya kompleksinə zərbələr endiriləcək.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş