UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində “Qalatasaray” səfərdə “Liverpul”la qarşılaşıb. İzmedia.Az xəbər verir ki, Bakı vaxtı ilə 18-dən 19-na keçən gecə saat 00:00-da başlayan oyun İngiltərə təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, tərəflər arasında İstanbulda keçirilən ilk oyunda “Qalatasaray” minimal hesabla (1:0) qalib gəlmişdi. Lakin cavab qarşılaşmasında ağır məğlubiyyət alan türk klubu turnirlə vidalaşıb. Qeyd olunur ki, oyunun gedişində Osimenin zədələnməsi komandanın çıxışına mənfi təsir göstərən amillərdən biri olub
![]()

