ABŞ Prezidenti Donald Tramp belaruslu həmkarı Aleksandr Lukaşenkonu Sülh Şurasının qarşıdan gələn iclaslarına dəvət edib.
İzmedia.az xəbər verir ki, bu barədə ABŞ Prezidentinin Belarus üzrə xüsusi nümayəndəsi Con Koul bildirib.
BelTA agentliyi Koaledən sitat gətirib:
“Bir müddət əvvəl Prezident Lukaşenkonun Vaşinqtonda keçirilən Sülh Şurasının iclasında iştirak edə bilməməsi bizi məyus etdi. Lakin Prezident Tramp Prezident Lukaşenkonu qarşıdan gələn Sülh Şurasının iclaslarından birində iştirak etməyə dəvət edib. Biz bu məsələni müzakirə etdik. Prezident Lukaşenko Sülh Şurasının iclaslarından birində iştirak edəcəyini təsdiqləyib “.
Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurasının ilk iclası 19 fevralda Vaşinqtonda keçirilib. Dəvətnamə alan Lukaşenko əvvəlcədən müəyyən edilmiş cədvələ uyğun olaraq öhdəlikləri səbəbindən tədbirdə iştirak edə bilməyib. İclasda ölkəni təmsil etmək xarici işlər naziri Maksim Rıjenkova həvalə edilib. Lakin ABŞ Belarus nümayəndə heyətinə viza verməyib.
İzmedia.az
![]()

