Macarıstan parlamenti mobil telefon oğurluğunda ittiham olunan Baş nazir Peter Magyarın deputat toxunulmazlığının qaldırılması barədə prokurorluğun vəsatətini təsdiqləyib. Qərar nəticəsində hökumət başçısına qarşı rəsmi cinayət işi açıla bilər.
M1 telekanalının məlumatına görə, parlamentin spikeri Aqnes Forsthofer fövqəladə iclasda qərarın 139 lehinə səslə qəbul edildiyini, əleyhinə və ya bitərəf səs verilmədiyini açıqlayıb. Səsvermədə Baş nazirin rəhbərlik etdiyi “Tisza” partiyasının və “Bizim Vətənimiz” fraksiyasının deputatları iştirak edib. Müxalifətdəki “Fidesz” və Xristian-Demokratlar fraksiyaları isə keçmiş nazirlərin toxunulmazlığı məsələsinin gündəliyə salınmamasına etiraz olaraq iclası boykot ediblər.
Peter Magyar özü də istintaqla əməkdaşlığa hazır olduğunu bildirərək toxunulmazlığının ləğv olunmasını xahiş etmişdi. İttiham 2024-cü ilin iyun ayında gecə klubunda baş vermiş insidentlə bağlıdır; belə ki, Magyar onu videoya çəkən şəxsin telefonunu alaraq Dunay çayına atmaqda təqsirləndirilir. Baş nazir isə baş verənlərin əvvəlki hakimiyyət tərəfindən təşkil olunmuş təxribat olduğunu iddia edir.
İzmedia.az
![]()

