Cəlilabadda qəza: avtomobil dərəyə aşdı

0 Min Read

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

 

İzmedia.az xəbər verir ki, hadisə rayonun Sərhədabad kəndi ərazisindən keçən magistral yolda qeydə alınıb.

 

Belə ki, “Opel” markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini yoldan çıxarıb və avtomobil dərəyə aşıb.

 

O, dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Tibb müəssisəsindən verilən məlumata görə, sürücünün vəziyyəti qənaətbəxşdir. Aparılan laborator müayinələrdən sonra o, evə buraxılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş