Ağdamda ağır qəza: 2 nəfər həlak olub, 4 nəfər yaralanıb

Nərmin
1 Min Read

Ağdam rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

izmedia.az“Qafqazinfo” ya istinadən xəbər verir ki, qəza işğaldan azad edilmiş Xıdırlı  kənd ərazisində  qeydə alınıb.

Məlumata  görə , hərəkətdə olan “VAZ 2107” markalı avtomobil qarşıdan  gələn “Opel” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Qəza nəticəsində 2 nəfər hadisə yerində həyatını itirib, 4 nəfər  isə ağır xəsarət alıb.

Hadisə  yerinə dərhal təcili  tibbi yardım briqadalarının iki avtomobili  cəlb olunub.

Qəza zamanı “VAZ-2107 ” markalı avtomobilin sürücüsü Cəsarət Hacıyev və sərnişin Kərimov Surxay ölüb.Xəsarət  alanlar isə “Opel” sürücüsü Süleymanov Yunis, Səfərli Elmir , Məmmədova Alimə müxtəlif  dərəcəli  xəsarət alaraq Bərdə Diaqnostika Mərkəzinə  çatdırılıb.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş