Kolumbiyada hərbi təyyarə qəzasında ölənlərin sayı 66-ya çatıb

0 Min Read

Kolumbiyanın cənubundakı Putumayo departamentində Hercules C-130 hərbi təyyarəsinin qəzaya uğraması nəticəsində ən azı 66 nəfər həlak olub.

İzmedia.az xəbər verir ki, bu barədə Caracol televiziyası ölkə ordusuna istinadən məlumat yayıb.

İlkin məlumatlarda ölənlərin sayının 34 olduğu bildirilirdi.

Telekanalın məlumatına görə, təyyarədə 128 nəfər olub. Onlardan 57-si xəstəxanaya yerləşdirilib, biri isə xəsarət almayıb. Daha dörd cəsəd hələ tapılmayıb.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş