İraqda bir neçə şiə milis komandiri öldürüldü – Əl-Hədəs

1 Min Read

İraqın qərbindəki Ənbar əyalətində şiə xalq milisi olan “Əl-Haşd əş-Şabi”nin mövqelərinə endirilən hava zərbəsi nəticəsində komandanlıq heyətinin bir neçə üzvü həlak olub.

İzmedia.az-ın “Al Hadath” telekanalına istinadən verdiyi məlumata görə, bu barədə İraqın qərbindəki Ənbar əyalətində yerləşən “Əl-Haşd əş-Şabi”nin mövqelərinə endirilən hava zərbəsi nəticəsində komandanlıq heyətinin bir neçə üzvü həlak olub.

İraq təhlükəsizlik mənbələrinin məlumatına görə, hava hücumu Ənbar əyalətinin Əl-Həbbaniya şəhəri yaxınlığındakı milis qərargahını hədəfə alıb. Qeyd olunur ki, bombardman nəticəsində “Əl-Həşd əş-Şəabi”nin bir neçə komandiri öldürülüb.

“Həşd əl-Şəabi” bölmələri İraqda İslam Dövləti (İŞİD) terror qruplaşmasına qarşı mübarizə illərində yaradılıb və İŞİD üzərində qələbədə mühüm rol oynayıb. Şiə milisləri rəsmi olaraq İraq ordusunun bir hissəsidir, lakin ABŞ “Həşd əl-Şəabi”ni İranpərəst bir təşkilat kimi görür və Vaşinqtonun fikrincə, bu təşkilat Tehran hakimiyyətindən dəstək və maliyyə alır.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş