Səudiyyə Ərəbistanı İrana zərbə endirməyə yaxındır – WSJ

1 Min Read

Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman ABŞ-nin İrana hücumlarına qoşulmaq qərarına gələ bilər.

İzmedia.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti mənbələrinə istinadən məlumat yayıb. 

Qəzetin məlumatına görə, həmsöhbətlərdən biri qeyd edib ki, krallığın müharibəyə cəlb olunması yalnız zaman məsələsidir.

Münaqişə başlamazdan əvvəl Səudiyyə Ərəbistanı öz ərazisindən və hava məkanından İrana zərbə endirmək üçün istifadəyə icazə verməkdən imtina etmişdi. Lakin WSJ mənbələrinin məlumatına görə, Ər-Riyad bu yaxınlarda ABŞ ordusuna ölkənin qərbindəki Kral Fəhd hava bazasından istifadə etməyə icazə verib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş