Tehran rəsmisi: Rusiya İrana 300 metrik ton dərman göndərib

1 Min Read

Rusiya İrana humanitar yardım olaraq 300 metrik ton dərman göndərib.

İzmedia.az bildirir ki, bu barədə İran Qızıl Aypara Cəmiyyətinin (IRCS) rəhbəri Pirhüseyn Kulivənd bildirib.

O, İranın dövlət televiziyasına bildirib ki, “Rusiya 300 ton dərman göndərib. Tacikistan isə 2600 ton humanitar yardım çatdırıb. Çin və Azərbaycan da İrana yardım göstərib”.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın sözlərinə görə, İran daha əvvəl ABŞ-İsrail hücumları nəticəsində ölkədəki bir çox xəstəxana və təcili yardım stansiyaları dağıdılıb və qadın və uşaqlar da daxil olmaqla bir çox mülki şəxs xəsarət alıb. Humanitar yardımın ilk partiyası 12 martda Rusiya Prezidenti Vladimir Putinin göstərişi ilə çatdırılıb.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş