“İzmedia.az xəbər verir ki, Böyük Britaniyada keçirilən yerli seçkilərdə hakim Leyboristlər Partiyası ciddi məğlubiyyətlə üzləşib.
Məlumata görə, partiya İngiltərədəki bələdiyyə şuralarında təxminən 1200 yer itirərək əvvəlki mövqelərinin yarısını əlindən verib. Ümumilikdə Leyboristlər 2200-dən çox mandatdan böyük hissəsini itiriblər.
Seçkilərin əsas qalibi isə Naycel Farajın rəhbərlik etdiyi Reform UK partiyası olub. Partiya əvvəllər 100-dən az yerə sahib olduğu halda, indi təxminən 1500 yer qazanaraq yerli idarəetmədə ciddi mövqe əldə edib və 14 şurada çoxluq təşkil edir.
Eyni zamanda müxalifət partiyaları da müəyyən artım göstərib: Yaşıllar və Liberal Demokratlar daha çox mandat əldə edərək bəzi bölgələrdə mövqelərini gücləndiriblər.
Bu nəticələr Leyboristlər daxilində ciddi narazılığa səbəb olub. Bildirilir ki, artıq bir neçə deputat və partiya üzvü Baş nazir Kir Starmerin istefasını tələb edir.
![]()
