Hərtərəfli və mütərəqqi inkişaf nəticəsində Belarus və KXDR arasında münasibətlər prinsipcə yeni mərhələyə qədəm qoyur.
İzmedia.az BelTA-ya istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko 26 martda Koreya Xalq Demokratik Respublikasının Dövlət müşaviri Kim Çen Inla danışıqları zamanı bildirib .
“Dövlətlərimiz arasında Sovet İttifaqı dövründən başlayan dostluq münasibətləri heç vaxt kəsilməyib. Bu gün hərtərəfli və mütərəqqi inkişaf nəticəsində biz prinsipcə yeni bir mərhələyə qədəm qoyuruq. Böyük bir gecikmə ilə, amma buna baxmayaraq, yeni bir mərhələyə qədəm qoyuruq”, – deyə o vurğulayıb.
Tərəflər həmçinin iki ölkə arasında dostluq və əməkdaşlıq müqaviləsi imzalayıblar.
İzmedia.az
![]()

