NATO “Steadfast Noon” nüvə təlimlərinə başlayıb: 17 ölkənin iştirakı ilə alyansın çəkindirmə potensialı sınaqdan çıxarılır

1 Min Read
Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) öz ərazisinin müdafiəsi və çəkindirmə imkanlarının gücləndirilməsi məqsədilə hər il keçirilən “Steadfast Noon” nüvə təlimlərinə başlayıb. “dpa” agentliyinin “Trend”ə istinadən verdiyi məlumata görə, Belçikanın Mons şəhərindəki NATO hərbi qərargahı təlimlərin gələn həftənin sonunadək davam edəcəyini və 17 müttəfiq ölkənin hərbçilərinin manevrlərdə iştirak etdiyini bildirib. Təlimlər çərçivəsində Almaniya Hərbi Hava Qüvvələri 33-cü Taktiki Hava Qanadına aid “Tornadı” qırıcı-bombardmançı təyyarələrini İtaliyanın şimalındakı Aviano hərbi hava bazasına yerləşdirib.
Məxfi ssenari əsasında icra olunan təlimlərdə real nüvə başlıqlarından istifadə edilmir, yalnız təlim sursatları vasitəsilə nüvə silahlarının saxlama məntəqələrindən təhlükəsiz daşınması və təyyarələrə inteqrasiyası prosedurları işlənilir. Keçənilki miqyasda (yaklaşık 2000 şəxsi heyət və F-35 daxil olmaqla 70-dən çox təyyarə) təşkil edilən manevrlər NATO-nun nüvə paylaşımı (Nuclear Sharing) mexanizminə əsaslanır. NATO-nun Baş katibi Mark Rutte bəyan edib ki, bu təlimlər alyansın çəkindirmə gücünün etibarlılığını saxlanması, sülhün qorunması və müttəfiqlərin sarsılmaz birliyinin nümayişi üçün müstəsna əhəmiyyət kəsb edir.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş