İran parlamentində NPT-dən çıxmaq çağırışları güclənir

1 Min Read

İran parlamentinin üzvü Əlaəddin Burucerdi bildirib ki, ABŞ və İsrailin hərbi əməliyyatlarından sonra Tehranın Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə-də iştirakı artıq əsaslı sayılmır və ölkə bu razılaşmadan çıxmalıdır.

Onun sözlərinə görə, parlament üzvlərinin əksəriyyəti də bu mövqeni dəstəkləyir. SNN telekanalına istinadən bildirilib ki, “mövcud şəraitdə İranın NPT-yə üzvlüyü məntiqli deyil və belə məhdudiyyətləri qəbul etmək üçün səbəb qalmayıb. İran nüvə silahı yaratmağa çalışmır, lakin qaydalara riayət etdiyi halda hücumlara məruz qalması qəbuledilməzdir”.

Burucerdi əlavə edib ki, bu səbəbdən İranın NPT-dən çıxmasının vaxtı çatıb.

Qeyd edək ki, İran nüvə proqramını 1950-ci illərdə Məhəmməd Rza Pəhləvi dövründə ABŞ-nin dəstəyi ilə inkişaf etdirməyə başlayıb. Ölkə 1958-ci ildə Beynəlxalq Atom Enerjisi Agentliyi-nə üzv olub, 1968-ci ildə NPT-ni imzalayıb və 1970-ci ildə ratifikasiya edib.

1979-cu ildə İslam İnqilabından sonra proqram bir müddət dayandırılsa da, 1980-ci illərin sonlarında yenidən bərpa olunub. 2003-cü ildən etibarən isə İranın Ali Rəhbəri Ayətullah Əli Xamenei tərəfindən verilmiş fətva nüvə silahlarının hazırlanmasını qadağan edir.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş