İran İslam Respublikasının Mədəniyyət Nazirliyi ABŞ və İsrailin hücumları nəticəsində ölkədə 131 tarixi və mədəni irs obyektinin zərər gördüyünü açıqlayıb.
İzmedia.az xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.
Nazirliyin məlumatına istinadən bildirilir ki, zərər görən obyektlərin sayı əvvəl 114 olduğu halda, hazırda 131-ə yüksəlib. Siyahıya qlobal, milli və regional əhəmiyyətə malik abidələr daxildir. Qurum bu vəziyyətin beynəlxalq ictimaiyyətin müdaxiləsinə ehtiyac yaratdığını qeyd edib.
Həmçinin 64 turizm obyektinin, o cümlədən otellər, xidmət və yaşayış kompleksləri, turizm agentlikləri və ictimai iaşə müəssisələrinin zərər gördüyü bildirilir.
Məlumata görə, zərər görənlər arasında 50 muzey də var. Onların sırasında Gülüstan Sarayı və Saadabad Saray Kompleksi daxilində yerləşən muzeylər də qeyd olunur.
Qeyd edək ki, Gülüstan Sarayı İranın paytaxtı Tehranda yerləşən ən qədim saray komplekslərindən biridir və UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib.
İzmedia.az
![]()

