“Politico”: ABŞ NATO ilə bağlı konkret addım atmayıb

1 Min Read

ABŞ Prezidenti Donald Trampın tənqidlərinə baxmayaraq, ABŞ hələ də NATO-dakı iştirakını azaltmaq istiqamətində konkret addımlar atmayıb.

İzmedia.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Qəzetin yazdığına görə, Trampın sərt ritorikasına və müttəfiqlərinin ABŞ-ın hərbi kampaniyalarına dəstək verməməsinə qarşı narazılığına baxmayaraq, onun bəyanatları real siyasi addımlarla müşayiət olunmayıb. Nəşrin Konqres, Pentaqon və müttəfiq ölkələrdən olan mənbələrinə əsasən, ABŞ administrasiyası NATO-dan çıxmaq və ya ittifaq daxilində rolu dəyişmək barədə rəsmi müzakirələr aparmayıb.

Mənbələr bildiriblər ki, ABŞ NATO daxilində konkret müzakirələrə başlamayıb və Vaşinqtonun ittifaqdakı mövqeyi ilə bağlı aydın göstərişlər verilməyib. Eyni zamanda, bu məsələ ABŞ qanunvericilərinə də rəsmi şəkildə təqdim olunmayıb və Pentaqon daxilində geniş müzakirə predmetinə çevrilməyib.

Qeyd olunur ki, NATO-dan çıxış üçün Senatın təsdiqi tələb olunduğuna görə, bu ehtimalın reallaşması üçün konkret əsas yoxdur. Diplomatik mənbələrdən biri isə vurğulayıb ki, yüksək səviyyəli siyasi bəyanatlar adətən real struktur dəyişikliklərə gətirib çıxarmır və NATO ABŞ üçün hələ də strateji əhəmiyyət daşıyır.

Digər tərəfdən, Avropa rəsmiləri ABŞ-ın ittifaqda qalaraq, lakin NATO-nun rolunu zəiflətmək ehtimalından narahatdırlar. Alman rəsmilərindən biri bildirib ki, belə bir vəziyyət alyansın təsir gücünü azalda bilər və ciddi zərər vurur.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş