Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya-Ərəb sammiti potensial olaraq Yaxın Şərqdə gərginliyin azaldılması və İran ətrafındakı münaqişənin nəticələrinin minimuma endirilməsi üçün yaxşı platforma ola bilər. Lakin o vurğulayıb ki, belə bir sammitin keçirilməsi yaxın gələcəyin məsələsi deyil.
Peskov qeyd edib ki, İrana qarşı təcavüz “misli görünməmiş mənfi nəticələrə” səbəb olub. Onun sözlərinə görə, regionda vəziyyətin sabitləşdirilməsi yalnız danışıqlar və dialoq yolu ilə mümkündür: “Biz hesab edirik ki, belə bir sammit gələcəkdə zəruri və faydalı olacaq. Bu, gərginliyin azaldılması və müharibənin mənfi nəticələrinin minimuma endirilməsi üçün yaxşı platformaya çevrilə bilər. Lakin məlum səbəblərə görə, bu, yaxın perspektivin məsələsi deyil”.
O əlavə edib ki, Yaxın Şərqdəki mövcud vəziyyət fonunda yaxın zamanda belə bir sammitin keçirilməsi ehtimalı aşağıdır.
İzmedia.az
![]()

