AfD Almaniya Kansleri Fridrix Merzə qarşı hüquqi iddia qaldırıb

1 Min Read
Almaniyanın “Almaniya üçün Alternativ” (AfD) partiyasının Bundestaqdakı fraksiyası Kansler Fridrix Merzə qarşı böhtan və təhqir ittihamı ilə cinayət işinin başlanması üçün müraciət edib. DW-nin xəbərinə görə, buna hüquqi əsas kimi Merzin parlamentdəki çıxışı zamanı AfD-nin istifadə etdiyi “remiqrasiya” terminini etnik təmizləmə ilə eyniləşdirməsi göstərilib.
AfD-nin parlament meneceri Stefan Brandner Kanslerin bəyanatının təhqir xarakteri daşıdığını və deputat toxunulmazlığı ilə qorunmadığını iddia edib. Qeyd edək ki, bu müraciətdən bir neçə saat əvvəl Bundestaq Brandnerin özünü başqa bir təhqir işi ilə bağlı parlament immunitetindən məhrum edib.
“Remiqrasiya” anlayışı ultra-sağçı dairələrdə ölkədəki miqrant mənşəli şəxslərin kütləvi şəkildə deportasiyasını nəzərdə tutur. Almaniya Məhkəməsi və hüquq-mühafizə orqanları bu cür çağırışların ölkənin konstitusiya quruluşuna birbaşa təhdid yaratdığını bildirirlər.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş